Azərbaycan Premyer Liqasının III turunda "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib.
Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Qismət Alıyev (13), İssa Cibrila (32), Junior Martins (37), Yeqor Boqomolski (71) və Davit Volkov (83) fərqlənib.
"Zirə" - "Kəpəz" 5:0