"Qəbələ" Premyer Liqının III turunda səfərdə "Araz-Naxçıvan"a məğlub olub.
Sportinfo.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandada Ba-Muaka Simakala (30) və Felipe Santos (33) fərqlənib. "Qəbələ"nin yeganə qolunu Adriel Ba Loua () rəqib qapısından keçirib.
"Araz-Naxçıvan" - "Qəbələ" 2:1