AZ

Sabunçuda yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 130 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 3 ədəd məişət avadanlığı yanıb.

Yaxınlıqdakı qazanxana və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
135
11
operativmedia.az

10Mənbələr