ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Andrey Parubiy öldürülməsindən 6 ay öncə dövlət mühafizəsi üçün müraciət etsə də, rədd cavabı alıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Mühafizə İdarəsinin yaydığı açıqlamada qeyd olunub.
İdarədən bildirilib ki, onlar tapşırıqları sırf qanun çərçivəsində həyata keçiriblər və Parubiy dövlət mühafizəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına daxil edilməyib. Çünki səlahiyyət müddəti bitdikdən sonra məmurlar cəmi 1 il mühafizə ilə təmin olunur.
Qeyd edək ki, avqustun 30-da Lvovda Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiy qətlə yetirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.