AZ

Zelenski açıqladı: Onun qatili saxlanıldı!

Ali Radanın keçmiş sədri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.

"Ukraynanın daxili işlər naziri İqor Klimenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk indicə Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat veriblər. Lazımi istintaq hərəkətləri davam etdirilir", - Zelenski yazıb.

Qeyd edək ki, avqustun 30-da Lvovda Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiy qətlə yetirilib.

Seçilən
20
1
axar.az

10Mənbələr