Azərbaycan Respublikasının Medianın İnkişafıAgentliyi ilə Çin Xalq Respublikasının SinxuaXəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Operativ Media xəbər verir ki, Anlaşma Memorandumunun məqsədi iki ölkəarasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.
Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktikiməşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmişəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.