
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Çin Xalq Respublikasının “Sinxua” Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.