Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.
AzPost bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən Armenpress-ə verilən məlumata görə, imzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Tyantszin şəhərində (Çin) baş tutub.
Kommunikeni imzalamaqla Ermənistan və Pakistan diplomatik münasibətlərin qurulmasını təsdiqləyiblər. Hər iki ölkənin hökumətləri suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzə yol verməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsipləri daxil olmaqla, BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışırlar.
Mənbənin bildirdiyinə görə, Ermənistan və Pakistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq adət-ənənələrə uyğun olaraq diplomatik münasibətlərin qurulması üçün qarşılıqlı əsasda nümayəndə mübadiləsi və bir-birinə lazımi dəstəyin göstərilməsi barədə razılığa gəliblər.
10Mənbələr
-
xezernews.azErmənistan və Pakistan arasında kommünike imzalandı ( 20890816)
-
news365.azErmənistan Pakistanla kommünike imzaladı ( 20882422)
-
demokrat.azErmənistan Pakistanla kommünike imzaladı ( 20881099)
-
missiya.azErmənistanla Pakistan arasında diplomatik əlaqələr qurulub ( 20880166)
-
modern.azErmənistan Pakistanla kommünike imzaladı ( 20879935)
-
modern.azErmənistan Pakistanla kommünike imzaladı ( 20879896)
-
demokrat.azErmənistan və Pakistan diplomatik münasibət qurdular — Birgə kommünike imzalandı ( 20874067)
-
news365.azPakistan və Ermənistan diplomatik əlaqələr qurdu ( 20873500)
-
bakivaxti.azPakistan və Ermənistan diplomatik əlaqələr qurdu ( 20873467)
-
adalet.azPakistan və Ermənistan diplomatik əlaqələr qurdu ( 20873431)