AZ

Ermənistanla Pakistan arasında diplomatik əlaqələr qurulub

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Ermənistan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasına dair Birgə Kommünike imzalayıblar. 

Missiya.Az Ermənistan XİN-ə istinadən məlumat verir ki, imzalanma mərasimi ŞƏT-in Tyantszin (Çin) şəhərində keçirilən sammiti çərçivəsində baş tutub. 

Kommunikenin imzalanması ilə Ermənistan və Pakistan diplomatik əlaqələr qurur. Hər iki hökumət BMT Nizamnaməsinə uyğun olaraq, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüz etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsiplərinə uyğun olaraq dostluq münasibətlərini genişləndirmək arzusundadırlar. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
35
1
missiya.az

10Mənbələr