Mahir Emrelinin komandası "Kayzerslautern" Almaniya 2-ci bundesliqasında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, "Kayzerslautern" çempionatın 4-cü turunda öz meydanında "Darmştradt"la qarşılaşıb.
Hesabı 62-ci dəqiqədə qonaqların oyunçusu İsaak Lidberq açıb. 84-cü dəqiqədə isə meydan sahiblərinin futbolçusu Naatan Skitta hesabı bərabərləşdirib. "Kayzerslautern"in heyətində 90+2-ci dəqiqədə Farid Alidu və 90+7-ci dəqiqədə Tobias Raşi fərqlənərək komandaya qələbə qazandırıblar.
Mahir Emreli bu oyunda meydana çıxmayıb. O, görüşün iştirak ərizəsində belə olmayıb.
Qeyd edək ki, “Kayzerslautern” 4 turdan 6 xalla 9-cu yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta