Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, "Kayzerslautern" çempionatın 4-cü turunda öz meydanında "Darmştradt"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Hesabı 62-ci dəqiqədə qonaqların oyunçusu İsaak Lidberq açıb. 84-cü dəqiqədə isə meydan sahiblərinin futbolçusu Naatan Skitta hesabı bərabərləşdirib. "Kayzerslautern"in heyətində 90+2-ci dəqiqədə Farid Alidu və 90+7-ci dəqiqədə Tobias Raşi fərqlənərək komandaya qələbə qazandırıblar.
Mahir Emreli zədəli olduğu üçün görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Kayzerslautern” 4 turdan 6 xalla 9-cu yeri tutur.