Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Oxu.az xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
Belə ki, "Azərişıq" ASC-nin 40 yaşlı əməkdaşı Elnur Zeynalovu yüksəkgərginlikli elektrik xəttində iş görərkən cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.