AZ

Abşeronda bədbəxt hadisə: "Azərişıq" əməkdaşı iş başında öldü

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Azreform.info xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Belə ki, 40 yaşlı "Azərişıq" ASC-nin əməkdaşı Elnur Zeynalov yüksəkgərginlikli elektrik xəttində iş görərkən elektrik cərəyanı vuraraq ölüb.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Seçilən
97
10
azreform.info

10Mənbələr