Əməkdar həkim Cabir Məmmədov vəfat edib.
Oxu.Az xəbər verir ki, o bu gün dünyasını dəyişib.
Xatırladaq ki, tanınmış ürək həkimini yanvar ayında avtomobil vurmuşdu.
Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Cabir İsrafil oğlu Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-1985-ci illərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim kimi çalışıb, 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023-cü illər ərzində Ümumi Terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilən C.Məmmədov, 2018-ci ildə Prezidentin Sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülüb. C.Məmmədov "MÜSİAD Azərbaycan" İdarə Heyətinin Sədri Rəşad Cabirlinin atasıdır.