AZ

Əməkdar həkim Cabir Məmmədov vəfat edib

Əməkdar həkim Cabir Məmmədov vəfat edib.

"Report"un yerli bürosunun məlumatına görə, tanınmış ürək həkimi 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-ci ildə əmək fəaliyyətinə başlayıb.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. C.Məmmədov 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülüb.

"Cebheinfo.az" 

Seçilən
122
15
cebheinfo.az

10Mənbələr