AZ

Britaniyanın bu ölkədəki səfirliyi bağlandı

Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırmasından sonra Böyük Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya diplomatik missiyası öz "Facebook" səhifəsində məlumat verib.

"Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb", - məlumatda deyilir.

Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Seçilən
130
17
publika.az

10Mənbələr