AZ

Misirdəki Britaniya səfirliyi bağlanıb

Bakı, 1 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya diplomatik missiyasının “Facebook” səhifəsində məlumat verilib.

Buna səbəb Misir hakimiyyətinin səfirliyin mühafizəçilərini geri çağırması olub.

“Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda, səfirlik binasının vəziyyət dəyişənə qədər bağlanması qərara alınıb”, - məlumatda deyilir.

Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Seçilən
84
17
azertag.az

10Mənbələr