BAKI, 1 sentyabr. TELEQRAF
Britaniya polisi Londonda immiqrasiya əleyhinə keçirilən aksiyada dörd nəfəri həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə “Guardian” nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, aksiya dinc xarakter daşıyıb, lakin sonra polis bir qrup maskalı şəxsin aqressiv davranışını görüb. Nəticədə dörd fəal iştirakçı həbs edilib.
Aksiya iştiraçıları saxlanılan zaman polis əməkdaşlarından birinin üzünə yumruq zərbələri endirilib.
Londonun şərqində keçirilən aksiyada 50-100 nəfər iştirak edib.