1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çinin texnoloji nəhəngi "Huawei" 2025-ci ilin ikinci rübündə əsas rəqibi "Apple"ı geridə qoyaraq, ilk dəfə tədarüklərin həcminə görə dünya smart saatlar bazarında lider mövqe tutub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Counterpoint Research" analitik firmasının yeni hesabatında yer alıb.
Hesabata görə, "Huawei" tədarüklərdə 52% artım göstərib və dünya smart saat bazarının 21%-ni ələ keçirib.
Çinin digər şirkəti "Xiaomi" tədarüklərini 38% artırıb, digər Çin markası "Imoo" isə 2025-ci ilin ikinci rübündə illik hesablamada 21% artım göstərib.