AZ

Azərbaycan nefti ötən həftə cüzi bahalaşıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən həftə (25-31 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta qiyməti 69.49 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0.574 dollar və ya 0.83% çoxdur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (V gün) - 69.74 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 69.3 dollar səviyyəsində olub.
Qeyd edək ki, öncəki həftə (18-24 avqust) Azərbaycan neftinin orta qiyməti 68.916 ABŞ dolları idi.
Seçilən
140
14
oxu.az

10Mənbələr