AZ

Salyanda şirkət maşını qəzaya düşdü : ölən var

Ajans.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1978-ci il təvəllüdlü Daşqın Aydın oğlu Zalıyev hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Şükran Həşim oğlu Həsənəliyev və Salyan sakini, 1977-ci il təvəllüdlü Alik Əlifağa oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
110
6
Ajans.az

10Mənbələr