Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mətləb