1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qırğızıstana keçir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tiencin sammitinin yekun bəyannaməsinin mətnində bildirilib.
Sənəddə qeyd olunub ki, Qırğızıstanın sədrliyi "ŞƏT-in 25 ili: birlikdə davamlı sülh, inkişaf və rifaha doğru" şüarı altında keçiriləcək.
"ŞƏT-ə üzv ölkələrin dövlət başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğızıstan Respublikasında keçiriləcək", - deyə sənəddə vurğulanıb.