AZ

ŞƏT-də sədrlik vəzifəsi Qırğızıstana keçdi

Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrlik vəzifəsi Çindən Qırğızıstana ötürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Tianjin sammitinin yekun deklarasiyasında bildirilir. 
 

Bu, Qırğızıstanın təşkilatda dördüncü sədrliyi olacaq və “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və tərəqqi üçün birlikdə” şüarı altında keçiriləcək.


Qırğızıstan Prezidenti Sadır Japarov sammitdə sədrlik dövrünün prioritetlərini belə açıqlayıb:

▪️ uzunmüddətli sabitliyin təmin edilməsi;

▪️ iqtisadi əməkdaşlığın potensialının reallaşdırılması;

▪️ yeni nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və yaradılması;

▪️ iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl” iqtisadiyyat sahəsində əməkdaşlığın fəallaşdırılması;

▪️ rəqəmsallaşma.

Bundan əlavə, Qırğızıstanın Çolpon-Ata şəhəri 2026-cı il üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı seçilib.

Bizim.Media

Seçilən
114
11
bizim.media

10Mənbələr