AZ

Avtobus və metroda gediş haqqı 1 manat olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb.

Azreform.info xəbər verir ki, sözügedən artımın yaxın zamanlarda baş tutacağı gözlənilir.

Bəzi KİV-lərdə gedişhaqqının 40-50 qəpik artırılacağı bildirilir.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Azreform.info -ın sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Billurə Yunus

Seçilən
44
26
azreform.info

10Mənbələr