AZ

Radanın eks-spikerini o güllələyib? - FOTOLAR

Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlə yetirilməsində şübhəli bilinərək saxlanılan şəxsin görüntüləri yayılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin şəxsin görüntülərini Ukrayna Milli Polisi yayıb. 

Bildirilib ki, o, hadisəni uzun müddət ərzində planlaşdırıb. 

İddialara əsasən, sözügedən şəxs qətli törətdikdən sonra Xmelnitski vilayətində gizlənməyə cəhd edib. 

Bununla belə, onun kimliyi açıqlanmayıb. Ukrayna Milli Polisi cinayətdə “Rusiya izi”nin olduğunu bildirib. 

Xatırladaq ki, A.Parubiy avqustun 30-da Lvov şəhərində güllələnib. Yerli media hadisə yerində azı 7 gilizin aşkar edildiyini yazıb. Müşahidə kameralarının görüntülərinə əsasən, Parubiyi qətlə yetirən şəxs kuryer geyimində olub və velosipedlə hərəkət edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə həmin şəxsin saxlanıldığını açıqlayıb.

"Cebheinfo.az" 

Seçilən
128
7
cebheinfo.az

8Mənbələr