1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Cizgi filmlərinin quruluşçu rəssamı Radna Saxaltuyev 90 yaşında Kiyevdə vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə ukraynalı kinoşünas Sergey Trimbaç "Facebook" hesabında məlumat paylaşıb.
Saxaltuyev Buryatiyanın paytaxtı Ulan-Ude şəhərində anadan olub.
1969-cu ildən rejissor David Çerkasski ilə birlikdə sovet və Ukrayna cizgi filmlərinin yaradılmasında iştirak edib.
Ən məşhur əsərləri arasında "Kapitan Vrungelin sərgüzəştləri", "Xəzinələr adası" və "Doktor Aybolit" var.