AZ

Doktor Aybolit cizgi filminin yaradıcısı vəfat etdi

ain.az bildirir, Axar.az portalına istinadən.

Cizgi filmlərinin quruluşçu rəssamı Radna Saxaltuyev 90 yaşında Kiyevdə vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı kinoşünas Sergey Trimbaç Feysbuk hesabında məlumat paylaşıb.

Saxaltuyev Buryatiyanın paytaxtı Ulan-Ude şəhərində anadan olub.

1969-cu ildən rejissor David Çerkasski ilə birlikdə sovet və Ukrayna cizgi filmlərinin yaradılmasında iştirak edib.

Ən məşhur əsərləri arasında "Kapitan Vrungelin sərgüzəştləri", "Xəzinələr adası" və "Doktor Aybolit" var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
3
axar.az

6Mənbələr