TOVUZ, 2 sentyabr. TELEQRAF
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2016-cı il təvəllüdlü Əsrik-Cırdaxan kənd sakini Nilay Abdullazadəni maşın vurub.
9 yaşlı qız xəstəxanaya çatıdırlsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.