Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az-ın məlumatına görə, rayonun Əsrik Cırdaxan kənd sakini 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni maşın vurub. Azyaşlı xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb