AZ

Bu il 110 uşaq sosial müəssisələrdən ailələrinə qaytarılıb — Nazirlik

2025-ci ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq sosial müəssisələrdən ailələrinə qaytarılıb. Bu barədə nazirlik məlumat  yayıb.

Nazirlik bildirir ki, eyni zamanda, uşaqların sosial müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan ailələrə sosial-psixoloji dəstək və maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu çərçivədə, 174 uşağın valideynləri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Gülnar 

Seçilən
43
2
anews.az

10Mənbələr