Bakı, 2 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri davam etdirilir.
Görülən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.