AZ

Azərbaycan millisi Reykyavikə yollandı

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Reykyavikə yola düşüb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Millimizi səfərə aparan təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib. Komandamız sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya – Azərbaycan görüşünə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Seçilən
41
11
arena.az

10Mənbələr