AZ

Millimiz İslandiyaya yollandı

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq millimiz oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb.

"Football-plus.az" xəbər verir ki, yığmamızı səfərə aparan təyyarə Heydər Əliyev Hava Limanını tərk edib.

Komandamız sentyabrın 4-də Bakı vaxtı ilə saat 22.30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.

Xatırladaq ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Seçilən
37
11
football-plus.az

10Mənbələr