AZ

Millimiz İslandiyaya yollandı - FOTOLAR

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib. Komandamız sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya -  Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

saytlarin hazirlanmasi

Seçilən
33
11
sportal.az

10Mənbələr