AZ

Çin Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Çin sentyabrın 15-dən etibarən Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Bakıvaxtı.azxəbər verir ki, bu barədə Rusiya KİV-ləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakunun bəyanatına istinadən məlumat yayıb.

"Çin və digər ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərini daha da təşviq etmək məqsədilə Çin tərəfi vizasız giriş hüququ olan ölkələrin dairəsini genişləndirmək qərarına gəlib. 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək Rusiya vətəndaşlarına münasibətdə sınaq vizasız siyasət həyata keçiriləcək", - o, brifinqdə bildirib.

Rəsmi nümayəndə qeyd edib ki, rusiyalılar biznes, turizm, digər məqsədlərlə 30 günədək vizasız rejim çərçivəsində Çini ziyarət edə bilərlər.

Seçilən
12
5
bakivaxti.az

6Mənbələr