Çin sentyabrın 15-dən etibarən Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.
Bu barədə Kp.ru Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakunun bəyanatına istinadən məlumat yayıb.
"Çin və digər ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərini daha da təşviq etmək məqsədilə Çin tərəfi vizasız giriş hüququ olan ölkələrin dairəsini genişləndirmək qərarına gəlib. 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək Rusiya vətəndaşlarına münasibətdə sınaq vizasız siyasət həyata keçiriləcək", - o bildirib.
Rəsmi nümayəndə qeyd edib ki, rusiyalılar biznes, turizm, digər məqsədlərlə 30 günədək vizasız rejim çərçivəsində Çini ziyarət edə bilərlər.