AZ

Ermənistandan Azərbaycana keçmək istəyən İraq vətəndaşı saxlanılıb

Ermənistandan
Ermənistandan Azərbaycana keçmək istəyən İraq vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən xəbərə görə, dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin ediləsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir. Sentyabrın 1-də DSX Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Seçilən
9
49
1news.az

10Mənbələr