Sentyabrın 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.
Qeyd edilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.