AZ

“Qarabağ“ 4 milyon ödəməkdən imtina etdi, qayıdış baş tutmadı

“Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

Çempionumuz Olavio Juninyonu geri qaytarmaqda problemlə üzləşib.

Bu barədə redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Azərbaycan təmsilçisi “sambaçı”nı icarəyə götürmək istəsə də, “Flamenqo” razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya “Qarabağ“dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.

Yerli A Seriyasının nümayəndəsi 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olması barədə ağdamlı həmkarlarını məlumatlandırıb.

Onlar yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını bildiriblər. “Qarabağ“ tərəfi isə həmin məbləği ödəməkdən boyun qaçırıb.

Səbəbkarın özü isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. Juninyo “Qarabağ“ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.

“Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.[Sportinfo]

Seçilən
24
4
herbiand.az

5Mənbələr