Xızıda kanaldan batan iki nəfərdən birini meyiti tapılaraq sudan çıxarılıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.