AZ

Xızıda kanalda batan qardaşlardan birinin MEYİTİ TAPILDI YENİLƏNİB

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxslərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki nəfərin batması barədə ilkin məlumat daxil olub.

Moderator.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam etdirilir.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyevin qardaş olduğu bildirilir.

09:26

Xızıda iki qardaş kanalda boğulub ölüb.

Moderator.az-ın məlumatına görə, hadisə Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında baş verib.

Tovuz rayonunun Çilovdarlı kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev ehtiyatsızlıqdan kanala düşərək boğulublar.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

09:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki nəfərin batması barədə ilkin məlumat daxil olub.

Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
moderator.az

10Mənbələr