Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar müzakirə olunub, həmçinin Ermənistan-Aİ əməkdaşlığının gündəminə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.