AZ

Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmalar müzakirə olunub, həmçinin Ermənistan-Aİ əməkdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
51
5
apa.az

7Mənbələr