AZ

İsrail Prezidenti Roma Papası ilə görüşəcək

İsrail Prezidenti İsaak Hersoq Papa XIV Leo ilə görüşmək üçün bu gün Vatikana yola düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail KİV-i Hersoqun dəftərxanasına istinadən məlumat yayıb.

"Müqəddəs Taxtın təşəbbüsü ilə həyata keçirilən birgünlük səfər Qəzzadakı girovların geri qaytarılması səylərinə, dünya miqyasında antisemitizmlə mübarizəyə və Yaxın Şərqdəki xristian icmalarının müdafiəsinə həsr olunub", - məlumatda bildirilib.

KİV həmçinin qeyd edib ki, Hersoq mayda yeni Roma Papasının andiçmə mərasimində iştirak edib.

Seçilən
23
5
bakivaxti.az

6Mənbələr