İsrail Prezidenti İsaak Hersoq Papa XIV Leo ilə görüşmək üçün bu gün Vatikana yola düşəcək.
Redaktor.az "Müqəddəs Taxtın təşəbbüsü ilə həyata keçirilən birgünlük səfər Qəzzadakı girovların geri qaytarılması səylərinə, dünya miqyasında antisemitizmlə mübarizəyə və Yaxın Şərqdəki xristian icmalarının müdafiəsinə həsr olunub", - məlumatda bildirilib.
KİV həmçinin qeyd edib ki, Hersoq mayda yeni Roma Papasının andiçmə mərasimində iştirak edib.