AZ

Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açılıb. 

Bu barədə 525.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib. 

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
19
525.az

10Mənbələr