AZ

Sarayda qətl: Qardaşı arvadını öldürdü

Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

XəzərNews.az Abşeron Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər 1 dəfə oxunub.
Seçilən
97
12
xezernews.az

10Mənbələr