AZ

Abşeronda qadın qətlə yetirilib, 58 yaşlı qaynı saxlanılıb - Yenilənib

Bu gün saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...

Poıiqon xəbər verir ki, Abşeron rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

***

Bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.

1974-cü il təvəllüdlü Payızova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib.
Polisin keçirdiyi tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Onun Ə.Payızovanın qaynı olduğu müəyyənləşib.

Hadisənin ailə-məişət mübahisəsi zəminində törədildiyi bildrilir.

Araşdırmalar davam etdirilir.

Poliqon.info

Seçilən
94
12
poliqon.info

10Mənbələr