Bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.
News24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “I Zabrat” QPS-də tənzimləyici qovşağın demontajı, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsində qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaqdan keçirilməsi, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq 3 sentyabr 2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.